“ZƏFƏR” mövzusunda 500 manatlıq xatirə banknotu tədavülə buraxılıb

Azərbaycan Mərkəzi Bankı tədavülə yeni 500 manatlıq kağız pul nuşanı buraxıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 500 manat nominallı pul nişanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.


Xatirə banknotunun ön tərəfində əsas dizayn elementləri kimi Prezidentin “Qarabağ Azərbaycandır!” şüarı, “8 Noyabr Zəfər Günü” sözləri, Qarabağın füsunkar təbiət incisi kimi Cıdır Düzünün, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, yenilməz Azərbaycan əsgərlərinin, üçrəngli bayrağımızın və qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbülün təsvirləri, eləcə də axıdılmış şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr əks edilib.


Pul nişanının arxa tərəfində isə ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsinin, Əsgəran qalasının, Murovdağın və Azərbaycan Respublikasının Dövlət Xəritəsinin təsvirləri əks etdirilib.

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

Buraxılış ili2021
Nominalı 500 manat
Rəngixaki
Ölçüləri163 mm x 70 mm
Dizayn mövzusuZƏFƏR
Buraxılış limiti1 000 000

Leave a Reply