Pensiyalar nə vaxt ödəniləcək?

Dövlət Sosial Müdafiə Fondu fevral ayının pensiyalarının ödəniləcəyi tarixi açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün nəzərdə tutulan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək.

Dövlət Sosial Müdafiə Fondu onuda bildirib ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardım rüblər üzrə bölünəcək və yardımın ilk 50 manatı fevral ayınının pensiyası ilə birgə ödəniləcək.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Leave a Reply