Ötən il emal sənayesinin hansı sahələrində artım müşahidə olunub?

Azərbaycanda ötən il emal sənayesində məhsul istehsalının artımı əsasən tikinti materialları, əczaçılıq məhsulları, tütün məmulatları və maşın və avadanlıqların quraşdırılması və təmiri sahələrində müşahidə olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında ötən ilin nailiyyətləri ilə bağlı paylaşım edib: “Azərbaycanda sənaye potensialının gücləndirilməsinə yönəlmiş tədbirlər müsbət nəticələr verir. 2021-ci ildə emal sənayesində bir çox məhsulların istehsalının artım tempi sürətlənib”.

https://platform.twitter.com/widgets.js

Nazir onuda qeyd edib ki, 2021-ci ildə aktiv vergi ödəyicilərinin sayı 8%-dək artaraq 665 mini ötüb. Aktiv hüquqişəxslərin sayı ilin sonuna 100 mini keçib.

https://platform.twitter.com/widgets.js

Leave a Reply