Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri harada alaq ki, aldadılmayaq?

Sosial şəbəkələrdə müxtəlif turizm agentlikləri tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı barədə məlumatlar yayılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, AZAL fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlər üç yolla əldə edilə biləcəyini qeyd edib:

  • Aviaşirkətin www.azal.az rəsmi saytı vasitəsilə;
  • Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.

Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər. Həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilib və yerli vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir. 12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün güzəşt tətbiq olunmaqla qiymət 40 manat təşkil edir, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.

“Azərbaycan Hava Yolları” turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Leave a Reply Cancel reply