“TEKNOFEST Azərbaycan” ilk ilində 10 yarışma ilə başlayacaq – VİDEO

“TEKNOFEST Azərbaycan”a həsr edilmiş mətbuat konfransı keçirilib.

TIME bildirir ki, mətbuat konfransında “TEKNOFEST Azərbaycan”a həsr edilmiş video çarxın təqdimatı olub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mətbuat konfransında çıxış zamanı qedy edib ki, “Teknofest” sayəsində gənclərin texnologiyaya marağı artır və bacarıqları ortaya çıxır.

“44 günlük müharibənin əsas simalarından birinə çevrilən “Bayraktar” gənclərin elmə, texnologiyaya olan kütləvi axınının göstəricisidir. “Teknofest”in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya olan marağına, sevgisinə öz töhfəsini verəcək”, – deyə nazir əlavə edib.

Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar mətbuat konfransında bildirib ki, Türkiyə xaricində “Teknofest” festivalı keçiririksə, bunu ilk olaraq qardaş torpaqda, Azərbaycanda keçirməli idik.

““Teknofest” Azərbaycanda ilk ilində 10 yarışma ilə başlayır. Bu yarışmaları təşkil edəndə məqsəd həm millətimizin, həm dünyanın hüzur və rifah içində yaşamasıdır. Gəncləri gələcəyin güclü Azərbaycanına öz töhfələrini verməyə dəvət edirəm”, – deyə o əlavə edib.

Türkiyə Sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır jurnalistlərə verdiyi açıqlamasında qeyd edib ki, “Teknofest”ə Azərbaycanlı gənclərin çox böyük maraq göstərəcəklərinə və texnologiyanın inkişafına liderlik edəcəklərinə inanır.

O bildirib ki, Türkiyə və Azərbaycan əhali baxımdan gənc ölkələrdir və bunun bir sıra önəmli tərəfləri var.

“Məlum olduğu kimi, dünyada yeni növ texnologiya dövrü inkişaf edir. Bütün sahələrdə, hətta dövlətlərin idarəçiliyində, fərdi yaşayışımızda texnologiyanın özünəməxsus yeri var. Biz öz gənclərimizi texnologiyanı inkişaf etdirmək barəsində erkən yaşlardan etibarən dəstəkləyir, motivasiya veririk. Onlara komanda da işləmək, layihələr tərtib etmək imkanları verib, Teknofesti təşkil edirik.

Leave a Reply