Təhsil Tələbə Krediti nə vaxt ayrılır, hansı güzəştləri nəzərdə tutur və kimlərə ayrılmır?

Təhsil Tələbə Krediti üçün nə vaxtdan müraciət edilə bilər, hansı güzəştləri nəzərdə tutur və kimlərə ayrılmadığı haqda məlumat bur çoxlarını maraqlandırır, bunu nəzərə alaraq aşağıda ki, xəbərimizdə bu suallafrın cavabını təqdim edirik.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2021-ci il yanvarın 25-dən 2022-ci il fevralın 4-dək təhsil tələbə krediti üçün 5312 nəfər tələbə müraciət edib.

Bu müraciətlərdən 512 nəfərə qeydiyyatdakı uyğunsuzluqlara görə imtina cavabı gəlib. 2384 nəfər tələbənin müraciəti indiyədək banka göndərilib. 497 nəfərin müraciəti rəsmiləşdirilmək üçün müvəkkil bankadadır.

726 nəfər tələbənin müraciəti sosial TTK, 1161 nəfər tələbənin müraciəti isə standart TTK üzrə bank tərəfindən rəsmiləşdirilib.

Qeyd edək ki, 2021-2022-ci il tədris ili üzrə I semestr üçün tələbə kreditinə müraciət fevralın 15-nə qədər davam edəcək, fevralın 16-dan etibarən yaz semestri üçün kredit almaq üçün müraciətlərin qəbuluna başlanması nəzərdə tutulub.

Təhsil tələbə kreditinin hansı əsaslarla və şərtlərlə verildiyi haqda ətraflı məlumat ilə burada tanış ola bilərsiniz.

Tələbələrə verilən təhsil kreditində olunan güzəştlər:

• Sosial növdə ÜOMG-si 71, Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;
• Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunurlar.

//www.instagram.com/embed.js

Fond xəbərdarlıq edib ki, təhsil tələbə krediti üçün göndərilən müraciətdən hər hansısa səbəblərdən imtina edildikdən sonra, yenidən müraciət edildikdə, tələbə öz FİN kodunu quruma bildirməlidir: “Tələbə müraciətinə imtina verərsə yenidən müraciət edə bilməz. Müraciəti geri qaytarılan tələbələr yenidən düzəliş edib müraciət edə bilərlər amma müraciəti şəxsin özü tərəfindən imtina edilən tələbələr yenidən müraciət edə bilməzlər”.

//www.instagram.com/embed.js

Leave a Reply Cancel reply