Sabahdan hava dəyişəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün ikinci yarısında küləyin güclənəcəyi gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fevralın 08-i günün ikinci yarısından 10-dək cənub-qərb küləyinin arabir 15-20 m/s, 09-da axşam arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Fevralın 08-i gündüzdən 10-u səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s, 09-da axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 1-6° isti olacaq.

Leave a Reply