Şəki sakini avtomobilinə yol vermədiyinə görə qonşusunu öldürməyə cəhd edib

Şəki sakini qonşusunu arvadının gözü qarşısında bıçaqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 17 oktyabr 2021-ci il tarixdə Şəki rayon sakini 1971-ci il təvəllüdlü Murad Səmədovun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Səlahəddin İsmailov qeyd edilən  tarixdə saat 19 radələrində Şəki şəhəri, Q.Məmmədli küçəsində biri-birinin avtomobilinə yol verməmək üstündə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan bıçaqla Murad Səmədova arvadının gözü qarşısında müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görərək avtomobili onun üzərinə sürüb vurmaqla yenidən xəsarət yetirib.

Səlahəddin İsmailov Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) və 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Leave a Reply Cancel reply