Yeni Qara Pələng ili bu gündən etibarən başlayır – ASTROPROQNOZ

Çin astroloji təqviminə görə 2022-ci il fevralın 1-dən Qara Pələng ili başlayır və 2023-cü il 21 yanvaradək davam edəcək.

TIME “Astromeridian” jurnalına istinadən bildirir ki, dinamizmin və yeniliyin simvolu olan Qara Pələng ili müsbət enerji gətirir. Çin qoroskopuna görə 2022-ci il gözlənilməz dəyişikliklər və gözlənilməz hadisələr dövrüdür. Keçmişlə vidalaşmaq və sıfırdan başlamaq, eləcə də karyerada yüksəliş, maddi vəziyyəti və yaşayış şəraitini yaxşılaşdırmaq üçün ən yaxşı vaxtdır. 2022-ci ilin simvolu Mavi Su Pələngi bir çox yeni imkanlar gətirir. Əsas odur ki, onları əldən verməyin və rasional şəkildə istifadə edin.

Qara Su Pələngi eyni zaman 2 elementə üstünlük verir: Ağac və Su. Ağac sabitliyin və dəqiq məqsəd qoymanın simvoludur. Su özünü ifadə etməyə təşviq edir və yeni 2022-ci ili bütün bürclər üçün uğurlu edir. Lakin bu, heçdə dövrün sakit olacağı anlamına gəlmir. Bu, dəyişikliklər və zərbələr dövrüdür – bəziləri üçün kiçik və görünməz olacaq, digərləri isə mövcud olan həyatlarını alt-üst edəcəklər. Ancaq bütün dəyişikliklər yalnız yaxşılığa doğru olacaq. Dəyişiklik ilkin mərhələdə sizi narahat etsədə, zaman keçdikcə bunun daha yaxşı həyata aparan yeni bir yol olduğunu başa düşəcəksiniz.

Əgər çox çalışsanız 2022-ci ilin simvolu sizə işgüzar həyatda dəstək olacaq və hədəflərinizə çatmağınıza kömək edəcək. Mavi Su Pələngi qeyri-ciddi və tənbəl insanları sevmir. Bu, şübhəsiz ki, hülyalara dalmağınız və həyatın hər şeyi gümüş nimçədə təqdim edəcəyinə ümid edə biləcəyiniz dövr deyil. Yeni 2022-ci il yaradıcı insanlar üçün ən yaxşı dövrdür. Əgər siz çoxdan kitab yazmaq və ya məşhur blogger olmaq arzusundasınızsa, başlamaq vaxtıdır. Pələng ili karyera qurmaq və əvvəllər nədənsə həyata keçirə bilmədiyiniz planları reallaşdırmaq üçün ən yaxşı vaxtdır.

2022-ci ilin əsas içkisi təmiz sudur. Ölkələrin və şəhərlərin mərkəzi rayonları əlverişsiz ərazilərə çevriləcək. Bu yerlərdə xoşagəlməz hadisələr baş verə bilər və insanlar sağlamlıqlarının pisləşməsindən əziyyət çəkəcəklər.

2022-ci ildə yalnız kreativ təfəkkürə malik, yeni qeyri-standart ideyalarla dolu insanlar karyera yüksəlişinə və maliyyə vəziyyətlərinin yaxşılaşdırılmasına nail ola biləcəklər. Uğur, şübhəsiz ki, arı kimi işləyən və rutinə dözməyən çalışqan insanlara gələcək. Mavi Pələng ili sizdən diqqətli olmağı tələb edir. Zənginlərin ehtiyatlı olmadıqları halda, sosial mövgelərini itirəcəkləri bir dövrdür. Amma yoxsullar əksinə, nəhayət maddi vəziyyətlərini gücləndirə biləcəklər.

Cəsarət və ehtiyatsızlığın birləşməsi gözlənilməz nəticələrə gətirib çıxarır və buna görə də atdığınız hər addımı diqqətlə düşünün.

Leave a Reply Cancel reply