Gənc rejissor yeni qısametrajlı bədii filmin çəkilişlərini bitirib

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi, rejissor Ruslan Mollayev “İmtahan” qısametrajlı bədii filmin çəkilişlərini yekunlaşdırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kino Məktəbinin bazasında çəkilən filmin mövsuzu insanların bir-birlərinə və hadisələrə laqeydliyi üzərində qurulub.

Filmin quruluşçu operatoru Səid Rzalıdır. Baş rolları Vüqar Alimov və Murad Məmmədov canlandırıblar. Bundan başqa, Kino məktəbinin tələbələri Afaq Yusiflinin filmi çəkiliş, Ülviyyə Əhmədovanın filmi isə post production mərhələsindədir.

Xatırladaq ki, Kino Məktəbinin tələbələri Azər Allahvediyevin “Üç yol” və Elnur Paşanın “Quyu” filmi 2020-ci ildə Bakı Beynəlxalq Qısa Filmlər Festivalının mükafatçısı olmuşdur.

Leave a Reply