“Sevgi səsi” filmi sevməyi və sevilməyi bilən böyük Kvebek ailəsindən olan sadə bir qızın həyat hekayəsidir.
TIME bildirir ki, Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib.
Filmin yaradıcısı, rejissor, ssenarist və baş rolda çəkilən Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır. Lemersye üçün, onun qəhrəmanının hekayəsi, Dionun özü kimidir. Selin bir çox maneələrə baxmayaraq, pəncərə qırağında ağlamır, hər zaman özü olaraq qalan, güclü və istedadlı qadındır. Sevməyi və sevilməyi bilən böyük bir Kvebek ailəsindən olan sadə bir qızdır.
Filmdə məşhur prodüser əyalətdə unikal səsi olan qızı tapır: onun ulduz olmaq və dünyanın ən tanınmış müğənnilərindən biri olmaq üçün böyük şansı var. Ancaq bu xəyalın həyata keçməsinə qədər böyük yol var. Sənətkarın həyatında əsas yeri sevgi tutduqda isə hədəfə doğru getmək çox çətindir …
Baş rolları Valeri Lemersye, Kerol Ueyers və Silven Marsel ifa rediblər.
Tədbirdə gənc istedadlı ifaçılar Vlada Axundova və Elvin Novruzov (L’veen) Selin Dionun məşhur mahnılarını canlı ifa ediblər.
Şou-biznes ulduzları, jurnalistlər, bloqqerlər və iri miqyaslı qurumların rəhbərləri tədbirdə kinoteatrın qonaqları olublar.