Sabah güclü külək gözlənilir

Yanvarın 29-u Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcək.

Hava şəraiti əsasən yağmursuz olacağı, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Leave a ReplyCancel reply