Neft Fondu Türkiyə Mərkəzi Bankına depozitlər yerləşdirib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə Respublikasının Mərkəzi Bankında yerləşdirdiyi depozitlərə dair məlumat açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib.

Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilmiş və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.

Leave a Reply