İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı atəşə tutulub.
Trend-in verdiyi məlumata görə, bu barədə ölkənin təhlükəsizlik qüvvələrinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, hava limanı ərazisinə altı raket buraxılıb. Raketlərin uçuş-eniş zolağının və aeroport binasının yaxınlığına düşdüyü deyilir. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.
Hazırda insidentlə bağlı araşdırmalar aparılır. Bağdadın qərbindəki Əbu-Qreyb rayonunda raket qurğusu aşkar edilib.
Atəşin kimlər tərəfindən açıldığı məlum deyil.