“Azersu” OJSC su sayğacı smart- kartının ödəmə terminallarında balansının artırılması ilə bağlı video təlimat hazırlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunun üçün ödəniş terminalında kommunal ödənişlər bölməsinə keçmək, sonra “Azersu”-nu və “Smart-Karta Ödəniş”i seçmək tələb olunur. Daha sonra smart-kartı terminala daxil etmək, məlumatların doğru olduğunu təsdiqləyin və ödəyəcəyiniz məbləği terminala daxil edərək ödəyin.
Növbəti mərhələdə sayğaca smart-kartı daxil etmək və sağ tərəfdə yerləşən göy düyməni basın ki, balans sayğaca köçürülsün.