Batut gimnastikası üzrə dünya kuboku yarışları Bakıda keçiriləcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, fevralın 12-13-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.
Yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Turnirdə ölkəmizi Selcan Maqsudova təmsil edəcək.