Sumqayıtda içməli su məhdudiyyətlə veriləcək

Sumqayıt şəhərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən 450 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 26 yanvar 2022-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə (1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlar, 34-cü, 45-ci və 47-ci məhəllələr, Corat qəsəbəsinin bir hissəsi, Yaşıldərə yaşayış massivi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Leave a Reply