“Bir cənub şəhərində” filmi yenidən bərpa olunub

“Azərbaycanfilm” kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” filmi yenidən bərpa olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa studiyası tərəfindən həyata keçirilib.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin quruluş verdiyi  filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər.

“Bir cənub şəhərində” filminin yenilənmiş versiyasına 27 yanvar 2022-ci il saat 19.00-da “Nizami” kinoteatrında baxış təşkil ediləcək.

Xatırladaq ki, “Balans” Milli Rəqəmsal Bərpa studiyası bundan öncə də Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi” filmlərini də bərpa etmişdi.

Leave a Reply Cancel reply