Türkiyədə müalicə olunan hərbçilərə əlillik dərəcələri yaxın günlərdə təyin olunacaq

Türkiyədə müalicədə olan hərbçilərimizin əyani müayinə əsasında əlilliyi qiymətləndirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onlara əlillik dərəcələri təyin edilməsi nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan 25 hərbçimizin əlilliyi qiymətləndirilib.

Bu məqsədlə Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarından ibarət olmaqla komissiya yaradılıb. Komissiyanın üzvləri İstanbul, İzmit və Bursa şəhərlərində olub.

Ölkə xaricində tibb müəssisələri, yaralı hərbçilər və komissiya üzvləri arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə “YAŞAT” Fondunun əməkdaşları da onlarla birgə ezam olunub.

Qeyd olunan şəhərlərdəki tibb müəssisələrində müalicədə olan hərbçilərimizin hər biri ilə görüşülüb və əyani müayinələri aparılıb, əlillik vəziyyətləri qiymətləndirilib. Müayinələrin nəticələrinə əsasən onlara əlillik dərəcələrinin təyin edilməsi nəzərdə tutulub.

 Bunun üçün aidiyyəti qurumların hərbi həkim komissiyalarına hərbçilərimizlə bağlı müvafiq şəhadətnamələri təqdim etmələri üçün müraciət olunub.

Yaxın günlərdə şəhadətnamələr təqdim edildikdən sonra e-sistem üzərindən Türkiyədə müalicə olunan hərbçilərimizə də əlillik dərəcələri və bununla bağlı sosial ödənişlərin təyinatları aparılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma