Şəhərdaxili mobillik planının hazırlanması Qaydası təsdiq edilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə:

  1. “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” təsdiq edilib (əlavə olunur).
  2. İlkin mərhələdə Bakı şəhərinin inzibati ərazisinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay, Ağcabədi şəhərləri üzrə isə yerli icra hakimiyyəti orqanları müvafiq şəhərlərin küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın layihəsini altı ay müddətində Azərbaycan Respublikasının
    Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

Leave a Reply Cancel reply