Qanunsuz ödənişli parklanmaya görə cərimənin məbləği artırılır

Azərbaycanda dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimə müəyyənləşir.

TIME Trend-ə istinadən verdiyi məlumata əsasən bildirir ki, bununla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.

Leave a Reply Cancel reply