İstanbuldan Bakıya və əks istiqamətdə reyslər ləğv edilib

İstanbulda yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi də ləğv edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.

Qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.

Qeyd edək ki, İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar. İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.

Leave a Reply