Bakıda tibb müəssisələrinə ən çox müraciət edilən rayonlar müəyyən edilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən ötən ilin dekabr ayı ərzində  Bakı TƏB-i üzrə 223 041 və Sumqayıt TƏB-i üzrə 46 181 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 1 071 682 tibbi xidmət göstərilib.

Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 458 151 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 778 117-si ambulator, 293 565-i isə stasionar şəraitdə göstərilib.

2021-ci ilin dekabr ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (287), Səbail (266), Nərimanov (254), Nəsimi (233), Sabunçu (226), Xəzər (213), Pirallahı (203), Suraxanı (133), Qaradağ (96) və Xətai (78).

Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 117 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu[1]: Sumqayıt Tibb Mərkəzi (151 884), Kliniki Tibbi Mərkəz (124 957), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (90 804), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (80 683), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (69 100), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (67 723), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (38 509), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (25 319), 39 nömrəli Şəhər Poliklinikası (23 592) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (19 916).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 39 nömrəli Şəhər Poliklinikası, 15 nömrəli Uşaq Poliklinikası və Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sinir sistemi xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və ilə bağlı olub.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə 19 156 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 541 nəfərini uşaqlar təşkil etmişdir.  Belə ki, 18 yaşdan yuxarı 7 153 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 5 700, oftalmologiya üzrə 3 277, urologiya üzrə 1 356, nevrologiya/neyrocərrahiyyə üzrə 726, travmatologiya üzrə 425, LOR üzrə 228, digər sahələr üzrə 175, ümumi cərrahiyə üzrə 81, ginekologiya və doğuş üzrə 35 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 249 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Məlumat üçün bildirək ki, 2021-ci ilin dekabr ayında Bakı TƏB üzrə 908 611, Sumqayıt TƏB üzrə isə 163 071 tibbi xidmət göstərilib. Məlumat üçün bildirək ki, bütün ölkə üzrə dekabr ayı ərzində 640 105 nəfərə 1 082 236 müraciət üzrə 2 465 564 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 979 532-si ambulator, 486 032-si isə stasionar şəraitdə göstərilib.

Bundan başqa, icbari tibbi sığortanın 2021-ci ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə həmin ilin sonuna qədər 1 258 328 vətəndaşa 2 778 901 müraciət üzrə 6 002 552 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 236 460 vətəndaşa 576 940 müraciət üzrə 1 024 728 tibbi xidmət göstərilib.

2021-ci ilin yanvar-dekabr ayları ərzində isə bütün ölkə üzrə 4 053 636 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 10 348 289 müraciət üzrə 22 954 649 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 17 675 080-i (77%) 18 yaşdan yuxarı, 5 279 569-u (23%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma