Azeri Light-ın qiyməti son bir ayda 14% artıb

Azərbaycanın Azeri Light markalı neftinin qiyməti artaraq 1 barrel üçün 91 dolar təşkil edib.

TIME Oilprice-ın reytinginə istinadən bildirir ki, Azeri Light markalı neftin qiyməti 2022-ci il yanvarın 20-də müşahidə edilən 92, 54 dollaradək artımdan sonra bazarda müşahidə olan qiymət ucuzlaşması fonunda nisbətən azalıb.

Yanvarın 21-ə olan məlumata əsasən Azeri Light markalı neftin qiyməti hazırda 91,14 dollar təşkil edir. Dekabr ayı ilə müqayisədə Azeri Light-ın qiyməti 14% artıb.

Azərbaycan nefti qiymətə görə hazırda İndoneziyanın Duri markalı (91,98 dollar) və Malayziyanın Tapis markalı (91,82 dollar) neftindən sonra dünya üzrə üçüncü yerdədir.

Leave a Reply