Qarabağda internet təminatı üzrə fəaliyyət planı hazırlanıb

İşğaldan azad olunmuş ərazilərdə internet təminatı üzrə fəaliyyət planı hazırlanıb.

TIME bildirir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov jurnalistlərə verdiyi açıqlamasında onuda deyib ki, fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq:

“İşğaldan azad olunmuş ərazilərin bərpa planına uyğun olaraq rabitə infrastrukturu da bərpa olunacaq. “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasının özünün infrastruktur tələbləri var. Bu yalnız internetin sürətindən ibarət deyil, dayanıqlı olması da digər şərtlərdən biridir. Bu baxımdan bütün məsələlər kompleks şəkildə həmin ərazilərdə rabitənin bərpası ilə əlaqədar layihədə öz əksini tapıb”, – deyə nazir müavini qeyd edib.

Leave a Reply