Magistral yollarının bəzi hissələri buz bağlayıb – VİDEO

Ölkənin əsas magistral yollarının bəzi hissələri buz bağlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hazırda Bakı – Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi – Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağladığını qeyd edib.

Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Leave a Reply