Azərbaycanda “omikron” ştammı ilə bağlı karantin sərtləşdiriləcək?

Dünya üzrə omikron ştammı geniş yayılıb və digər ştammlardan fərqli olaraq yoluxuculuq səviyyəsi daha yüksəkdir.

TIME bildirir ki, bu gün jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib ki, omikron ştammı ilə bağlı statistikada artım müşahidə olunur:

“Hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir. Karantin rejiminin daha da sərtləşdirilməsinə əsas yoxdur, vəziyyət nəzarət altındadır. Mövcud olan çarpayı fondu, reanimasiya çarpayı fondu, tələb olunan tibbi avadanlıq və dərman təchizatı ən yüksək səviyyədədir. Bu baxımdan bir problem yoxdur, lakin yoluxma sayından asılı olaraq növbəti addımlar atılacaq”, – deyə nazir bildirib.

Nazir onuda qeyd edib ki, yaxın zamanda “TURKOVAC” vaksininin Azərbaycanda sınaqlarına başlanılması nəzərdə tutulur:

“Vaksin hazırda Türkiyədə üçüncü mərhələdə sınaqlardadır. Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinlərin ölkəmizdə kliniki sınaqlarının başlanması nəzərdə tutulur” – T.Musayev deyib.

Leave a Reply Cancel reply