Hacı Zeynalabdin Tağıyevin bürünc-tunc abidəsindən təsbehi qopardıblar -FOTO

Ötən gün açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəlinə dünən gecə zərər vurulub.

TIME Trend-ə istinadən bildirir ki, qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhvetmə və ya korlama əməlinin əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış nəticələrində əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

Hadisə ilə bağlı heykəlin müəllifi Xanlar Əhmədov təəssüfləndiyini bildirib: “Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb. Abidə əsrlərlə qalan materialdan hazırlanıb, kənar təsirlərə dözümlüdür. Qırılma səbəbinə gəldikdə isə iki nöqtədə birləşən təsbehin ara boşluğu olub, buna görə də kənar təsirdən qırılma baş verib. Həmin ərazidə artıq kameralar yenilənir, işıqlandırma sistemi dəyişdiriləcək”, – deyə o bildirib.

Leave a Reply Cancel reply