“Sevgi hekayəsi” filmi üzərində iş bu il başa çatacaq

“Nizami ili” ilə əlaqədar lentə alınan “Sevgi hekayəsi” filminin bu il başa çatdırılması nəzərdə tutulur”.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mədəniyyət naziri Anar Kərimov cari ildə audiovizual və interaktiv medianın inkişafı istiqam.ətində bu il görüləcək işlər haqda bəıhs edərkən bunu deyib.

“Ötən il audiovizual və interaktiv media sahəsində görülən işlərin əksəriyyəti Qarabağımızın qurtuluşuna həsr olunub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz”, “Şuşa, sən azadsan” və “Fulya” filmi “İstimai” TV ilə birlikdə “Görünməyən qəhrəmanlar” 5 hissəli sənədli filmləri bu silsilədəndir: “Ötən il ərsəyə gələn filmlərimiz beynəlxalq festivallarda uğur qazanıb. Qəhrəmanlıq səhifəmizi əks etdirən filmlər üzərində iş davam edir. Qarşıda isə Vətən müharibəsində Zəfər mövzusunda bədii filmin istehsalı nəzərdə tutulur. “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib layihələrinin filmlərinin çəkilişləri bu il də davam edəcək. “Nizami ili” ilə əlaqədar lentə alınan “Sevgi hekayəsi” filmi bu il başa çatdırılacaq”.

Hesabat məruzəsində eyni zamanda “Azərbaycanfilm”də aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı barədə də söz açıldı.

Leave a Reply