Pambıqçılar suvarma suyunun yoxluğundan əziyyət çəkirlər?

Ekspertlər pambıq əkiləcək sahələrdə şum və arat işlərinin müvafiq olaraq yanvar və fevral ayının birinci ongünlüyünə qədər yekunlaşmasının əhəmiyyətini nəzərə alaraq bu məsələlərin daim diqqətdə saxlanılması və suvarma suyu ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini qeyd ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bərdə rayonu ərazisində “Pambıq əkini üçün  dondurma şumunun və aratın əhəmiyyəti” mövzusunda tarla seminarı keçirilib.

Müşavirədə Bitki Mühafizəsi və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor müavini Fariz Ələkbərov təqdimatla çıxış edərək dondurma şumunun və aratın əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tarla müşavirəsində bildirilib ki, cari ildə respublikada 100 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Pambıq əkiləcək sahələrdə şum və arat işlərinin müvafiq olaraq yanvar və fevral ayının birinci ongünlüyünə qədər yekunlaşmasının əhəmiyyətini nəzərə alaraq bu məsələlərin daim diqqətdə saxlanılması və suvarma suyu ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda fermer Musa Quliyevin pambıq əkini üçün hazırlanan sahəsində fermerlərin və müşavirə iştirakçılarının iştirakı ilə şum və arat işlərinin aparılması nümayiş etdirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və  fermerlərin sualları cavablandırılıb. 

Tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, Bərdə, Yevlax, Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin təmsilçiləri və fermerlər iştirak edib.

Leave a Reply Cancel reply