Mikayil Cabbarov: 2021-ci ildə vergi daxilolmaları 15,5% artaraq 8,5 mlrd. manat təşkil edib

Iqtisadiyyat naziri Mikayil Cabbarov ötən il qeyri neft sektorunda əldə edilmiş nailiyyətlərlə bağlı Twitter-də paylaşım edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir ötən il vergi daxilolmalarının 15,5 artdığını bildirib: “2021-ci ildə vergi daxilolmaları 15,5% artaraq 8,5 mlrd. manat təşkil edib və proqnoz 117,7% səviyyəsində icra olunub. Qeyri neft sektoru üzrə vergi daxilolmaları 13,5% artaraq 6,4 mlrd. manat olub və proqnoz 112,2% səviyyəsində yerinə yetirilib”.

https://platform.twitter.com/widgets.js

M. Cabbarov bildirib ki, 2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyri neft sektorunda 7,2% artıb: “BVF-nin oktyabrdakı proqnozuna görə, ötən il qlobal iqtisadiyyatda 5,9%, inkişaf etməkdə olan ölkələrdə isə 6,4% artım gözlənilsə də, iqtisadiyyatımızın prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər əldə olunub”.

https://platform.twitter.com/widgets.js

Nazir postmüharibə dövründə əldə edilmiş nailiyyətlərlə bağlı paylaşım edib:

“Pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə qeyri neft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir. Sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb”.

https://platform.twitter.com/widgets.js

Leave a Reply Cancel reply