Bakıdan Şuşaya və Ağdama avtobus reysləri açılır – TARİFLƏR

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək.

A.Rzayev əlavə edib ki, həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılaccaq.

Leave a Reply Cancel reply