Azərbaycana gələn qastarbayterlərin sayı artıb – VİDEO

Azərbaycana gələn qastarbayterlərin (almanca – qonaq işçilərin) sayı artıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında qeyd edib ki, ötən il ərzində miqrantlara verilən iş icazələrinin sayı artıb.

O deyib ki, 7575 əcnəbiyə iş icazəsi verilib. İş icazələrində olan kəskin artım işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa quruculuq işləri ilə bağlıdır. Orada qurulan yeni infrasturuklara xarici işçi qüvvəsi də cəlb olunur.

Leave a Reply