İstanbul və Dubay reyslərinə şamil edilmiş aksiya keçirilir

“Azərbaycan Hava Yolları” İstanbul və Dubay reyslərinə şamil edilmiş yeni aksiya keçirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aksiyanın şərtlərinə əsasən iki aviabilet alana üçüncü bilet hədiyyə olaraq təqdim olunur.

Aksiya 4 mart 2022-ci il tarixinədək yerinə yetirilən reyslərə şamil edilir.⠀Aksiya çərçivəsində ekonom sinifdə “gediş-gəliş” biletlərinin alınması zamanı aşağıdakı reyslərə güzəştlər keçərlidir:⠀

– Bakı-Dubay-Bakı – bütün reyslərə;

– Bakı-İstanbul-Bakı – J2-077/078 reyslərə.⠀

Hədiyyəli aviabilet həm böyük, həm də uşağın adına rəsmiləşdirilə bilər.⠀Aksiya çərçivəsində İstanbul-Bakı (J2-078) və Dubay-Bakı (J2-012) reyslərinin sərnişinləri, həmçinin, özləri ilə çəkisi 23 kq-a qədər (ölçüləri üç ölçünün cəmində 158 sm-ə qədər) olan ödənişsiz əlavə baqaj yeri götürə biləcəklər.⠀

AZAL-Miles bonus proqramımızın iştirakçıları sözügedən reyslərə biletləri 30% güzəştlə əldə edə biləcəklər. Endirim bütün xidmət siniflərinə şamil edilir.⠀Bu aksiya çərçivəsində aviabiletləri AZAL-ın bütün akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd edək ki, AZAL Bakıdan İstanbul və Dubay şəhərlərinə hər gün uçuşlar həyata keçirir.⠀* Hədiyyəli aviabiletinin vergi və rüsumları ödənilir. Aksiya çərçivəsində bütün aviabiletlər bir bronda rəsmiləşdirilməlidir, biletlərin dəyişdirilməsi və ya yenidən bronlaşdırılması eyni zamanda yerinə yetirilə bilər.

Leave a Reply