Azərbaycanda “Baladna Food Industries”in analoqu yaradılacaq

Qətərin “Baladna Food Industries” şirkəti Azərbaycanda analoqunu yaratmaq niyyətindədir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qətər Dövlətinin ət, süd və süd məhsullarına olan tələbatını 95% təmin edən “Baladna Food Industries” şirkətinin nümayəndələri ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib.  

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Baladna Food Industries”in icraçı direktoru Ramez Al-Khayyat arasında təşkil olunmuş görüşdə qarşılıqlı olaraq KOBİA-nın dəstək və xidmətləri və Qətər şirkətinin fəaliyyəti barədə məlumat verilib, eləcə də əməkdaşlıq imkanlarına və Azərbaycanda KOB-ların iştirakı ilə oxşar layihələrin icrasına dair fikir mübadiləsi aparılıb. 

Leave a Reply