Omikron ştamına yoluxan şəxslərdə ağırlaşma halları müşahidə olunmur

Koronavirusun Omikron ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K Omikron variantı aşkarlanıb.

Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.

Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Xatırladırıq ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Bu səbəbdən səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma