Dövlət qurumlarının istifadəsinə veriləcək nəqliyyat vasitələrinin limiti artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş Nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 3-dən 8-dək artırılması və ərazi və yerli bölmələri üzrə xidməti minik avtomobillərinin 5 vahidi həddində müəyyən edilməsi nəzərdə tutulur.

Leave a Reply