Daha bir marşrut üzrə avtobuslar yenilənəcək və nağdsız ödənişə keçiriləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın zamanda sərnişinlərin şikayətlərini nəzərə alaraq Yasamal rayonuna hərəkət edən 77 nömrəli müntəzəm marşrut xəttində dəyişikliklər edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İçəri Şəhər metro stansiyası – İnşaatçılar metro stansiyası – Yeni Yasamal istiqamətində hərəkət edən 77 nömrəli müntəzəm marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən ünvanlanan müraciətlər əsasında Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilib və bir sıra əsaslı nöqsanların olması müəyyən edilib.

“Qeyd edirik ki, hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi və nağdsız ödəniş sisteminin tətbiq edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən işlər çərçivəsində 77 nömrəli müntəzəm marşrutda da nağdsız ödəniş sisteminin tətbiq edilməsi və avtobusların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, hazırda mütəxəssislərimiz tərəfindən qeyd etdiyiniz ərazidə sərnişin axınının öyrənilməsi istiqamətində zəruri təhlillər aparılır. Aparılan təhlillərin nəticəsinə əsasən həmin əraziyə əlavə marşrutun təşkil edilməsi məsələsinə baxılacaq”, -deyə BNA-da bildiriblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma