Vladimir Putin Azərbaycan Baş prokuroru Kamran Əliyevi qəbul edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Prokurorluğu öz səlahiyyətləri çərçivəsində beynəlxalq əlaqələrini genişləndirir, xarici dövlətlərin prokurorluq və digər hüquq mühafizə orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını səmərəli şəkildə davam etdirir.

Yanvarın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirakla əlaqədar Moskvaya səfərə gəldi.

Nümayəndə heyətlərinin rəhbərləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qəbul edildi. Daha sonra Baş Prokurorluqda Rusiyanın rəsmi şəxslərinin iştirakı ilə təntənəli yubiley tədbiri keçirildi.

Səfər çərçivəsində Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov, türkiyəli həmkarı Bekir Şahin, Pakistanın Baş prokuroru  Rəhman Aamir, tacikistanlı həmkarı Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çeol Kyu Hvan, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratının rəhbəri Xristos Cakumopulos və digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirərək mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdi.

Tədbir  çərçivəsində, həmçinin, Türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilmiş, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Tədbirlərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak etmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma