Tibb işçilərinə 12.4 milyon manata yaxın müddətli əlavə və mükafatlar ödənilib

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2021-ci ilin müvafiq ayları üzrə 12.4 milyon manata yaxın müddətli əlavə, mükafat və birdəfəlik mükafat ödənilib.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin oktyabr və noyabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 8.9 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 1.9 milyon manata yaxın müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin oktyabr və noyabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4056.70 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, oktyabr və noyabr ayları üzrə 2250 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
 

Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən noyabr ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

“Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə cəlb edilmiş işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Agentliyin İdarə Heyətinin 20 sentyabr 2021-ci il tarixli 26 saylı Qərarına əsasən iyul və avqust ayları üzrə 67 tibb müəssisəsinə ümumilikdə 1 milyon 597 min manat məbləğində birdəfəlik mükafat ödənilib. Qeyd edək ki, Agentlik tərəfindən iyul və avqust ayları üzrə birdəfəlik mükafatların ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli 369 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma