Ombudsman Los-Ancelesdə erməni diasporasının törətdiyi təxribatla bağlı çağırış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Los-Ancelesdə erməni diasporasının törətdiyi təxribatla bağlı dünya ictimaiyyətinə müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciətdə Ombudsman Səbinə Əliyeva erməni diaspor təşkilatları vasitəsilə ölkəmizə qarşı milli zəmində nifrət məzmunlu zorakılıq çağırışlarını kəskin şəkildə pisləyib.

“Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, bu günlərdə ABŞ-da yaşayan erməni əsilli radikallar 1973-cü ildə Kaliforniya ştatında türk diplomatlarını qətlə yetirmiş erməni terrorçu Qurgen Yanikyanın fotoşəklini Azərbaycanın Los-Ancelesdəki konsulluğunun binası qarşısından asıblar. Bu isə bir daha təsdiq edir ki, Ermənistan Azərbaycana qarşı təxribatçı əməllərini xalqlar arasında dayanıqlı sülh və barışıq ideyalarının reallaşmasına maneə yaradan, qarşıdurmanı təşviq edən qızışdırıcı xarakterli nifrət dolu çağırışlarla xarici ölkələrdə də davam etdirir.Xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə ölkəmizə qarşı milli zəmində nifrət məzmunlu zorakılıq çağırışlarını kəskin şəkildə pisləyir, Ermənistanı regionda silahlı münaqişənin yenidən alovlanmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəsləməyə, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyə çağırıram”, – deyə o, haqlı etirazını bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma