Azərbaycanın Azeri Light markalı neftinin qiyməti artaraq 1 barrel üçün 86 dolara yaxınlaşır.
TIME Oilprice-ın reytinginə istinadən bildirir ki, Azeri Light markalı neftin qiyməti 2022-ci il yanvarın 7-də müşahidə edilən 86, 29 dollaradək artımdan sonra cari həftənin əvvəlində azalmaya baxmayaraq bu gün artıb.
Yanvarın 12-ə olan məlumata əsasən Azeri Light markalı neftin qiyməti hazırda 85,52 dollar təşkil edir.
Azərbaycan nefti qiymətə görə hazırda İndoneziyanın Duri markalı (85,80 доллар) neftindən sonra dünya üzrə ikinci yerdədir.
