Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişini həyata keçirib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.
2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240
manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata
çatdırılmaqla ödənişi təmin olunub.