Tibb işçiləri üçün yeni onlayn platforma yaradılıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və “Equinor Apsheron AS” şirkətinin birgə layihəsi olan “MD Simulyasiya” platformasının təqdimatı keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, KİV nümayəndələri və tibb işçiləri üçün təşkil olunan tədbirdə vurğulanıb ki, “MD Simulyasiya – müxtəlif ssenarili müayinə və müalicə simulyatoru”  tibb sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində atılan ən son addımlardan biridir.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, müasir innovativ vasitə olan bu platformanın tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsində, xüsusilə distant təhsil üçün əhəmiyyətli rolundan söz açıb.

BMTİP-nin Akselerator Laboratoriyasının İnkişaf Həlləri üzrə rəhbəri Nərgiz Quliyeva çıxış edərək vurğuladı ki, yeni texnologiyalardan səmərəli istifadə müasir dövrün vacib tələblərindən biridir və tibb sahəsində informasiyalaşdırma prossesi hər zaman bu tələblərin önündə gəlir.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov platforma barədə ətraflı məlumat verən geniş təqdimat edib. O, bildirib ki, “MD Simulyasiya” platformasında müxtəlif ssenarilərə və səviyyələrə uyğun pasiyentlərin simptomlarını suallar vasitəsilə aydınlaşdırmaq və bu  simptomlara müvafiq tibbi prosedurlar həyata keçirərək pasiyentin vəziyyətini yaxşılaşdırmaq istiqamətində tədbirlər görmək, müayinə və müalicə etmək mümkündür.

Qeyd edək ki, platformada (https://mdsimulyasiya.az/) qeydiyyat və istifadə ödənişsizdir. Bu simulyasiyalar kompüterlər və əksər planşetlər üçün optimallaşdırılıb.

Şəkillərlə burada tanış olmaq olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma