Azərbaycan Hava Yolları (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini təxirə salıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.
⠀
Təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
⠀
Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.