TRT-1 televiziya proqramı yalnız kabel televiziya şəbəkələri və internet üzərindən yayımlanacaq

TRT-1 televiziya proqramının Azərbaycan Respublikası ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunub.

TIME Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) 13 avqust 2021-ci il tarixində müvafiq məktub daxil olub.

Məktubda TRT-1 televiziya proqramının Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb. Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1 televiziya proqramının yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan Respublikası ərazisində TRT-1 televiziya proqramının yerüstü yayımı dayandırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma