Qazaxıstanda yaşayan yaxınlarınız və qohumlarınız haqda məlumatı hardan ala bilərsiniz?

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, səfirlik “Twitter” səhifəsində ölkədə baş verən ixtisaslarla bağlı internet və rabitə xidmətlərinin təminatında problem yarandığı üçün soydaşlarımız səfirliyin xüsusi nömrələrinə müraciət edərək Qazaxıstanda yaşayan yaxınları və qohumları haqda məlumat ala bildiklərini qeyd edib:

“Hörmətli vətəndaşlarımız, beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soyadaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir. Bu səbəbdən xatırladırıq ki, Səfirliyin nursultan@mission.mfa.gov.az elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmamışdır”.

https://platform.twitter.com/widgets.js

Leave a Reply Cancel reply