BNA xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə daha bir müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliyə əsasən, 9 yanvar 2022-ci il tarixindən  142 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək başlanğıc dayanacaq məntəqəsi Moskva prospektinə (“20 Yanvar” metro stansiyası) təşkil edilib.

Bununla yanaşı, BNA tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyi və rahatlığının təmin olunması məqsədi ilə yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq İnşaatçılar prospektində əlçatanlıq səviyyəsi daha da artırlıb.

Belə ki, “Statistika dairəsi” ətrafında əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.  Hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.

Leave a Reply Cancel reply