Qadınlar üçün ödənişsiz “İT əsasları” təlimləri keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “İKT LAB” Tətbiq və Tədris Mərkəzi 2022-ci ildə qadınların informasiya texnologiyaları (İT) sahəsində inkişafına dəstək vermək üçün yeni təşəbbüslərə start verir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xanımların İT üzrə bilik və bacarıqlarının artırılması məqsədilə ödənişsiz “İT əsasları” təliminə qeydiyyat başlayıb.

Bakı şəhərində 3 ay davam edəcək təlim sinif formatında keçiriləcək. Dərslərə Azərbaycanın müxtəlif regionlarından olan qadınlar da onlayn qoşula biləcəklər.

Təlimi uğurla bitirənlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin sertifikatı ilə təltif olunacaqlar.

Treninqlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, UNESCO təşkilatı və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə keçirilən “Gənc İT peşəkarlar” layihəsi çərçivəsində təşkil olunur.

Təlimdə iştirak üçün 23 yanvar 2022-ci ilədək bu link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, yaxın vaxtlarda analoji sinif təlimləri müxtəlif bölgələrdə də təşkil olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma