Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliyə əsasən, 8 yanvar 2022-ci il tarixindən 93 nömrəli müntəzəm marşrut xəttinin (“Dərnəgül” metrostansiyası – Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil ediləcək.
